Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb.

Ümumilikdə Türkiyədəki zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb.

21:32

Dağıntılar altında qalmış tələbələrimizdən biri - Şahin Verdiyevin ölüm xəbəri təsdiqlənib.

Bu barədə məlumatı İTV-nin Malatyaya ezam olunmuş müxbiri canlı yayımda bildirib.

O qeyd edib ki, Şahin Verdiyevin ölümünü dayısı təsdiqləyib.