Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 minə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Hazırda bu rəqəm 47 932 nəfər təşkil edir.

19:02

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 47 mini keçib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan həmçinin zəlzələ nəticəsində 115 mindən çox yaralının olduğunu deyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 və 7,8 bal gücündə zəlzələ baş verib.