Banqladeşin qərbindəki Cessore şəhərində etirazçıların Cabir otelini yandırması nəticəsində azı 8 nəfər yanaraq ölüb, 84 nəfər isə yanıq xəsarətləri alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb. 

Məlumata görə, otel sahibi Şahinu Çakladar istefa verib ölkəni tərk edən Baş nazir Şeyx Hasinanın Avami Liqası partiyasının rayon üzrə baş katibidir.

Nəşr qeyd edir ki, izdiham Hasinanın istefasını şəhərin müxtəlif yerlərində qeyd edib və Avami Liqasına qarşı şüarlar səsləndirib. Bayram şənliyi zamanı Cabir oteli yandırılıb. Etirazçılar həmçinin bir neçə yerli partiya liderinin və həmin partiyadan olan bir millət vəkilinin evlərini yandırıb və dağıdıb.