Türkiyə iqtisadiyyatı 2024-cü ilin birinci rübündə illik ifadədə 5,7% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-mart aylarında istehsal sektorunda fəallığın artımı 4,9%, kənd təsərrüfatında 4,6%, tikinti sektorunda 11,1% təşkil edib. Xidmətlər sektorunda artım tempi 4,3% təşkil edib.

Türkiyədə istehlak xərcləri birinci rübdə 7,3%, biznes investisiyaları 10,3%, dövlət xərcləri isə 3,9% artıb.

Türkiyədən mal və xidmətlərin ixracı 4% artıb, idxalı 3,1% azalıb.

 

Sadiq Cavadov