Toyota şirkəti iki yeni elektromobilinin debüt tarixini açıqlayıb – hər iki model 2021-ci il ərzində işıq üzü görəcək, Şimali Amerika və Avropa bazarlarında satılacaqdırlar. Bu modellərdən biri elektrik krossoveri olacaqdır.

İkinci model barədə məlumat verilməyib. Elektrik krossoverinin əsasını e-TNGA modeul platforması təşkil edəcəkdir. E-TNGA modul platforması çoxqollu arxa asqının mövcudluğunu nəzərdə tutur və dartma batareyasının döşəmədə yerləşdirilməsini təmin etmək üçün, orijinal TNGA arxitekturası ilə müqayisədə ciddi şəkildə dəyişdirilmiş və möhkəmləndirilmişdir.