“Əziz ağ xalatlı QƏHRƏMANlarımız, ÜRƏYİMİZ sayənizdə DÖYÜNÜR!” 

“Texnomart” Mağazalar Şəbəkəsi öz sosial platformalarında bu şüarla bütün tibb işçilərinin peşə bayramını təbrik edir.

Bu gün - 17 iyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilir. 

“Texnomart” rəhbərliyi və kollektivi xalqımıza fədakarlıqla xidmət göstərən SƏHİYYƏ işçilərinə TƏŞƏKKÜRünü 3 günlük kampaniya ilə bildirir. Belə ki, ağ xalatlı QƏHRƏMANLARımıza iyun ayının 17-dən 19-dək “Texnomart” Mağazalar Şəbəkəsindən “Arçelik”, “Arnica” və “Supra” markalı istənilən MƏİŞƏT avadanlığı, kondisionerləri nağd 25% endirimlə və ya ilkin ödənişsiz, faizsiz, komissiyasız 24 aya, TELEFON və NOUTBUKlar isə ilkin ödənişsiz, faizsiz və komissiyasız 12 aya bölünmə şərtləri ilə təklif edilir. 

“ÜRƏYİMİZ sayənizdə DÖYÜNÜR” şüarı ilə tibb işçilərinə minnətdarlığını bildirən və Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Tovuz, Qazax, Lənkəran, Şirvan, Mingəçevir, Bərdə, Masallı, Zaqatala, İsmayıllı, Ağdaş, Ucar, Göyçay, Şəki, Şamaxı, Ağcabədi, İmişli,  Şəmkir və Sabirabad şəhərlərində fəaliyyət göstərən “Texnomart” Mağazalar Şəbəkəsinin bu kampaniyası təqdirəlayiqdir.

Bütün dünyada, həmçinin ölkəmizdə koronavirus (#COVID19) pandemiyası ilə mübarizədə əsas yük tibb işçilərinin üzərinə düşür. “Görünməz qəhrəmanlar” adı verdiyimiz həkimlərimiz və tibb işçilərimiz göstərdikləri fədakarlıqla nəinki özlərinin, həm də doğma ailə üzvlərinin həyatını riskə ataraq insanlara yardım etməkdədirlər. Mübarizə hələ də davam edir!

Son 3 ayda tibb işçilərinin göstərdiyi şücaət, rəğbət və peşəkarlıq, minlərlə virusa yoluxmuş xəstənin sağalaraq sevdiklərinə qovuşmasına səbəb olub. İnanırıq ki, fədakar həkimlərimizin səyi, xalqımızın dözüm və iradəsi sayəsində biz birlikdə bu pandemiyaya qalib gələcəyik!

https://www.facebook.com/texnomart.az/

https://www.instagram.com/texnomart.az/