Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 10-u səhər saatlarından başlayaraq düşmən Tərtər şəhərini və ətraf kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür, döyüşlər davam edir.