Skoda şirkəti mart ayında Hindistanda təqdimatı keçiriləcək yeni Kushaq yığcam krossoverinə olan marağı artırmağa davam edir.

Bu dəfə çex istehsalçısı yeni modelin kamuflyaja bürünmüş şəkillərini dərc edərək, onun avadanlıqları və mühərrik çeşidi barədə yeni məlumatla paylaşıb.

Kushaq modeli Skoda şirkətinin keçən il təqdim etdiyi Vision IN konsept avtomobilinin seriya versiyası olacaqdır. Çex istehsalçısı krossoverlərin adındakı bənzərliyi qorumaq niyyətində olduğunu bildirib. Məlum olduğu kimi, bütün adlar "K" hərfi ilə başlamalı və "Q" hərfi ilə bitməlidir. Kushaq sözü isə Hindistan tarixindən götürülüb və sanskritdən tərcümədə "imperator" və ya "kral" deməkdir.