Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə beyin zədəsi diaqnozu qoyulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə özü xarici mediaya müsahibəsində deyib.

O qeyd edib ki, Kiyevdən çıxarkən çəkisi 120 kq idi, indi isə 65 kq-dır: "Hər gün bir az daha arıqlayıram. Bədənimin hər yerində ağrılar var. Bu çox əziyyət verir. Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm. Mənim hələ də sağ qaldığıma şübhə edənlər var".

Saakaşvili sonda qeyd edib ki, Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Burbok hamının gözü qarşısında işgəncələrlə ölməyimə icazə verməyəcəklər:- "Ən azından buna ümid edirəm."