Müharibə başlayandan Rusiya Ukraynada 40-60 min hərbçisini itirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat paylaşıb. Bildirilir ki, ötən ilin sentyabrından sonra Rusiyanın itkilərə daha da artıb.

Rusiyanın əsasən artilleriya atəşləri səbəbindən itkilər verdiyi qeyd edilib. Həmçinin, "Vaqner" təşkilatının müharibəyə cəld edilən üzvlərinin 50 faizi məhv edilib.