"Artıq Rusiyanın Ukraynada ciddi bir irəliləyişə nail olacağını düşünmürük".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqonun siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib. O deyib ki, artıq Pentaqon Rusiyanın Ukraynada böyük əraziləri ələ keçirə biləcəyinə inanmır.

Ukraynaya hərbi təyyarələrin verilməsi ilə bağlı Kolin Kahl bunun hazırda əsas prioritet olmadığını qeyd edib.