Renault şirkəti yeni Taliant sedanının Türkiyədəki satışlarına start verib: yeni sedan qardaş ölkədə Symbol adı ilə tanınan ikinci nəsil Logan modelini əvəz edib. Yeni modelin qiymətləri 179,900 türk lirəsindən (36.350 manat) başlayır.

Türkiyə bazarında satılan Renault Taliant modeli Logan/Sandero cütlüyünün əsaslandığı CMF-B platformasında inşa olunub. Renault Taliant modelinin qabaritləri Logan modeli ilə eynidir: sedanın uzunluğu 4396 millimetr, eni - 1848 millimetr, hündürlüyü - 1501 millimetr, təkər bazasının genişliyi isə 2649 millimetrdir.

 

Renault Taliant sedanı Türkiyədə iki təchizat səviyyəsində təklif edilir – Joy və Touch. Joy versiyasında olan sedanın qiyməti 179.900 (36.350 manat) lirədən, Touch versiyasının isə 207.900 (41.960 manat) lirədən başlayır. Yeni sedanın istehsalı Bursadakı Oyak-Renault zavodunda təşkil edilib.