"Quran kimi müqəddəs bir kitabım yandırılması utancverici hərəkətdir. Türkiyədə buna qarşı ciddi reaksiya olduğunu bilirəm".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. O, həmçinin qeyd edib:

"Quranın yandırılmasının Türkiyədə ciddi reaksiyalar doğurduğunu bilirəm, bunu anlayışla qarşılayıram. Dünyadakı müsəlmanların hiddətini də başa düşürəm, buna görə də, bu addımı qınayıram. Düşünürəm ki, İsveç höküməti bu kimi addımları qınamalıdır".