Dünya bazarında qızılın qiyməti ötəngünku azalmadan sonra cüzi artaraq 1 700-1 710 ABŞ dolları arasında qərarlaşıb. 

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,1% və ya 1,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 707,45 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,22% artaraq 1 unsiyası 18,265 ABŞ dolları təşkil edib.

ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir. Belə ki, iyun ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 9,1% təşkil edib, bu isə 1981-ci ilin noyabr ayından sonra ən yüksək göstərici hesab olunur. Bu göstərici FES-in uçot dərəcəsini 100 baza bəndi səviyyəsində artıracağı ilə bağlı proqnozları dəstəkləyir.