Genişlənmiş reallıq elementləri olan “Pokémon Go” oyunu “Niantic Labs” şirkətinə rekord gəlir gətirib. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Layihənin mövcud olduğu beş il ərzində bu oyun yaradıcılarına təxminən 5 milyard dollar qazandırıb.

2021-ci ilin ilk altı ayında gəlir 2020-ci ilin eyni dövrü ilə müqayisədə 34% artıb. Ən böyük sərmayə ABŞ və Yaponiya sakinləri tərəfindən yatırılıb – bu ölkələrdə oyuna müvafiq olaraq 1.9 milyard dollar və 1.5 milyard dollar xərclənib.

2021-ci ilin birinci yarısında “Pokémon Go” 641.6 milyon dollar qazanıb. Bu, genişlənmiş reallıq oyunları arasında rekord göstərici olub. 2020-ci ildə oyunçular “Pokémon Go”ya 1.3 milyard dollar xərcləyiblər ki, bu da 2019-cu illə müqayisədə 41% çoxdur. 2016-cı ildə oyun üç ayda cəmi 600 milyon dollar toplayıb.

“Pokémon Go” oyunu əvvəllər də rekordlar qoyub. Məsələn, 2016-cı ildə cəmi üç ayda 600 milyon dollar toplayıb və ən sürətli böyüyən oyuna çevrilib. Analitiklər zaman keçdikcə onun populyarlığını itirəcəyini proqnozlaşdırırlar.

Bununla belə, şirkət hələ də istifadəçilərin diqqətini çəkməyi bacarır. Tərtibatçılar yeni pokemonlar və funksiyalar əlavə edirlər. 2020-ci ildə oyun karantin tələblərinə uyğunlaşdırılıb.