Azərbaycanda minik avtomobillərinin qiymət indeksində bahalaşma olub. Ardı-arda 2020-nin iyul və avqust aylarında bahalaşma müşahidə edilir.

İqtisadiyyat.az Banker.az-a istinadən xəbər verir ki,  2020-ci ilin avqust ayında minik avtomobillərinin qiymət indeksi 101.0% olmuşdur. Yəni, avqustda ölkədə minik avtomobillərin öncəki ayla müqayisədə qiymət indeksində 1% artım olub. Eyni hal (1%) iyul ayında da olmuşdur.

1 sentyabr 2020-ci il tarixinə Azərbaycanda minik avtomobillərinin orta qiymət 34 912.75 manat olub, bu isə bir ay öncə 34 861.91 manat idi.

Əlavə edək ki, indiyə qədər 2020-ci ilin üçüncü ayında yalnız 1%-lik  bahalaşma dinamikası vardı.