Konfrans Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Sumqayıt” – “Fehervar” matçına 3300 bilet satılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

“Sumqayıt” “Fehervar”la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək