ABŞ-nin xam neft ehtiyatlarının azalması və Kanadadakı meşə yanğınları səbəbindən artan tədarük riskləri fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 37 sent və ya 0,5% bahalaşaraq 81,38 dollar olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 38 sent və ya 0,5% artaraq 77,34 dollara çatıb.

 

Gözəl Həşimova