Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Əliyeva mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.