Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aİ-95 markalı benzinin satışına məhdudiyyət qoyulması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Şirkətdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS)  Aİ-95 markalı yanacağın satışına heç bir məhdudiyyət qoyulmayıb. 

“Qeyd edək ki, həmin tarixlərdə bu yanacaq növünün ölkəyə idxalı gecikdiyindən bəzi YDS-lərdə bitmiş və satışı həyata keçirilməyib. Lakin məsələ qısa müddətdə həllini tapıb. Xatırladaq ki, artıq 15 iyul 2024-cü il tarixindən SOCAR brendli bütün yanacaqdoldurma stansiyalarında Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və Avro-5 standartlarına cavab verən Aİ-95 markalı yanacağın satışına start verilib”, - açıqlamada qeyd olunub.