Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiya hazırlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Energetika Nazirliyi hazırlıqlara başlayıb.

Konsepsiya ilə yanaşı, Tədbirlər Planı da hazırlanacaq.

Habelə ixracla bağlı infrastruktur layihəsinin texniki və iqtisadi təhlili və əsaslandırmasının hazırlanması məqsədilə məsləhətçi şirkət cəlb ediləcək.