Qazaxıstan Azərbaycan bazarında yenidən rəqabətədavamlı olmaq və 1 milyon tondan çox taxıl tədarükünü təmin etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bakıda Qazaxıstanın milli ərzaq korporasiyasının rəhbəri Asılxan Cumaşev deyib.

Onun sözlərinə görə, 1 milyon tondan çox taxılın daşınmasına qaytarılması üçün mexanizmlər işlənir.

Bildirilib ki, Qazaxıstan Azərbaycana tarixən 1 milyon tondan çox taxıl göndərib.

Qeyd edək ki, 2017-ci ildən bəri Qazaxıstan buğdasının Azərbaycana ixracı ildə 300 min tonu keçməyib.

 

Gözəl Həşimova