Bu gün Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” qazpaylayıcı stansiyasında (QPS) təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-da saat 10:00-dan “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi(Masazır QPS)", "Duz Zavodu (Masazır QPS)" və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.