Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk idmançısı mübarizəyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib. Bu görüşdə çinli idmançı 2-0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Keişa Fatimə növbəti görüşünü iyulun 29-da Böyük Britaniya idmançısına qarşı keçirəcək.