Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi nəşr ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb.

Artıq Milli ensiklopediyanın 11-ci cildi çapa hazırdır. 600 səhifəlik kitabdan 10 000 nüsxə buraxılması planlaşdırılıb.

Hazırda nəşriyyat axtarışında olan Mərkəz cildin nəşrinin 519 000 manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının nümunəvi və satış nüsxələri cildləri ənənəvi olaraq Almaniyada çap edilib. Lakin 2022-ci ildə ensiklopediyanın 10-cu cildi pandemiya şəraitindən irəli gələn çətinliklərə görə Bakıdakı nəşriyyatların birində çap olunub. 11-ci cildin də paytaxtdakı nəşriyyat mətbəəsində çapa verilməsi nəzərdə tutulub.