2024-cü ilə olan gəlirlərə görə dünyanın aparıcı neft və qaz şirkətlərinin siyahısı açıqlanıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, "Sinopec" (China Petroleum & Chemical Corporation) əldə etdiyi gəlirlərə görə dünyanın aparıcı qlobal neft və qaz şirkətidir. Belə ki, bu ilin iyul ayına qədər olan 12 aylıq dövrdə şirkət 441,79 milyard dollar gəlir əldə edib.

Səudiyyə Ərəbistanının “Saudi Aramco” korporasiyası isə gündəlik 11 milyon bareldən çox neft hasilatı ilə dünyanın əsas istehsalçı neft şirkətidir.

ABŞ-nin neft və qaz nəhəngi olan "ExxonMobil" bu ilin iyul ayına qədər 331,46 milyard dollar gəlir əldə edərək bu siyahıda üçüncü yeri tutub.

Ümumillikdə dünyanın aparıcı neft-qaz şirkətlərinin gəliri isə belədir:

Şirkət

Gəliri

Sinopec

441,79 milyard dollar

PetroChina

425,26 milyard dollar

ExxonMobil

331,46  milyard dollar

Shell

302,18 milyard dollar

TotalEnergies

212,55 milyard dollar

BP

202,86 milyard dollar

Chevron

194,65 milyard dollar

Phillips 66

148,81 milyard dollar

Marathon Petroleum

148,21 milyard dollar

Valero

140 milyard dollar

 

Qeyd edək ki, bazar kapitallaşmasına əsasən dünya üzrə aparıcı neft və qaz şirkəti isə "ExxonMobil"dir. Belə ki, 14 iyun 2024-cü il tarixinə ABŞ-də yerləşən şirkətin bazar dəyəri 497,62 milyard ABŞ dolları təşkil edib. Bu siyahıda ikinci yerdə 284,22 milyard dollarla "Chevron", üçüncü yerdə isə 244,41 milyard dollarla "PetroChina" qərarlaşıb.

 

Gözəl Həşimova