Hizbullah milislərinin silahlı birləşmələri Livanla sərhəddən 2,5 km məsafədə yerləşən İsrailin Kiryat Şmona şəhərindəki sənaye zonasına hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

Məlumata görə, raketlərdən biri yerli müəssisəyə dəyib, maddi ziyan dəyib, ərazidə olanlar arasında itki yoxdur.

Bundan əvvəl İsrail artilleriyası Livanın cənubundakı Əl-Teybe kəndini atəşə tutub. Hücum nəticəsində yerli yarımstansiyanın ərazisindəki yanacaq anbarı yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını almağa çalışır.

İyulun 15-də Livanın Mərcayun şəhərindəki istilik elektrik stansiyası atışma zamanı sıradan çıxıb. Enerji obyektinin zədələnməsi ciddi nəticələrə gətirib çıxarıb. Belə ki, Livanın cənubunda məskunlaşma ərazilərini içməli su ilə təmin edən nasos stansiyaları dayanıb.