Sabah Bakının Qaradağ rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə İqtisadiyyat.az-a “Azəriqaz” İB-dən bildirilib.

“Qaz İxrac” İdarəsinə məxsus istismardan çıxarılmış “Nərimanov” ölçü qovşağının demontaj olunması ilə bağlı 05.08.2024-cü il saat 10:00-dan işlər başa çatanadək “Səngəçal” QPS-dən qidalanan “Səngəçal ümumi” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Qaradağ rayonunun Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələri, Yol evləri və Bağ evləri massivlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yarancaq.