Xarici işlər naziri Hakan Fidan həmkarı Bedr Abdulatinin dəvəti ilə Misirdə səfərdədir. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Fidanı Misirin Əl Ariş hava limanında Şimali Sinay qubernatoru general-mayor Xalid Meqaver Məhəmməd qarşılayıb.

Səfər zamanı ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələr və regiondakı cari hadisələr haqqında fikir mübadiləsi aparılacaq.

Fidan və Abdulati Misir Prezidenti Sisinin Türkiyəyə planlaşdırılan səfəri zamanı keçiriləcək ilk Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının hazırlıqlarını müzakirə edəcəklər.