İyul ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya (iyun) və 2020-ci ilin müvafiq dövrünə (iyul ayına) nəzərən dəyişməsini təqdim edirik. 

Ötən ay meyvələrdən almanın, “Krım” növ gilasın, gilənarın, əriyin, şaftalının, alçanın, çiyələyin topdansatış qiyməti iyun ayına nəzərən artıb. “Romanovka” növ gilasın, armudun, gavalının, moruğun qiyməti isə azalıb.

İyul ayında tərəvəzlərdən kələmin, Bərdə soğanının, “yelpənək” növ xiyarın, pomidorun, lobyanın və sarımsağın qiyməti əvvəlki ayla müqayisədə artıb. Kartofun, “tikanlı” növ xiyarın, “Ağdam sarı” növ soğanın, badımcanın, yaşıl bibərin qiyməti isə azalıb. Aylıq müqayisədə yerkökünün qiyməti sabit qalıb.

Bostan məhsullarından yemiş və qarpızın qiyməti düşüb. 

İyul ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla)

Ötən ilin iyul ayı ilə müqayisədə 2021-ci ilin iyul ayında meyvələrdən almanın, gilənarın, şaftalının, moruğun, alçanın, gilasın, gavalının, üzümün, limonun qiyməti azalıb. Əriyin, çiyələyin qiyməti isə artıb.

İllik müqayisədə tərəvəzlərdən yaşıl bibərin, sarımsağın, lobyanın, pomidorun, badımcanın qiyməti azalıb. Kartofun, xiyarın, sağanın, kələmin, yerkökünün qiyməti isə artıb.

Bostan məhsullarından qarpız və yemişin qiyməti düşüb.

Kənd təsərrüfatı məhsullarının 2021-ci ilin iyul ayındakı topdansatış qiymətinin ötən ilin müvafiq ayına nisbətən dəyişməsi (manatla)