İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə Hizbullah hərəkatının Radvan xüsusi təyinatlı batalyonunun komandirini öldürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat verib.

“Bu gün səhər saatlarında Sur şəhəri ərazisində Hüseyn İbrahim Kassebi məhv edilib”, - məlumatda qeyd olunub.