Livan ərazisindən İsrailə 55 raketin atıdlığı qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Livandan İsrail ərazisinə doğru uçan 55-ə yaxın mərmi qeydə alınıb. Bəziləri açıq ərazilərə düşüb, ölkənin şimalında çoxsaylı yanğınlara səbəb olub. Hazırda yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerində işləyirlər", - məlumatda bildirib.