Mercedes-Benz şirkəti MBUX Hyperscreen əyləncə-məlumat sisteminin qabaqcıl ekranını təqdim edib.

Ekran avtomobilin bütün ön panelini tutur və süni intellekt sistemi ilə təchiz edilmişdir. Yeni multimedia sistemi 2022-ci ildə Mercedes-Benz EQS flaqman elektromobilində debüt edəcəkdir. Ekran üç ayrı displeydən ibarətdir ki, onlardan biri ön sərnişin üçün nəzərdə tutulmuşdur. Sistemin bütün elementləri bütöv şüşənin altında yerləşir və avtomobilin ön paneli boyu uzanan vahid elementdir.