McLaren F1 superkarının yaradıcısı və Formula 1 bolidlərinin sabiq konstruktoru Qordon Mürrey yeni trek superkarını təqdim edib.

Yeni superkar Niki Laudanın şərəfinə adlandırılıb və onun təqdimatı üçqat dünya çempionunun ad günündə keçirilib. Cəmi 25 ədəd GMA T.50s Niki Lauda modeli hazırlanacaqdır - bu say əfsanəvi pilotun Formula 1 çempionatında əldə etdiyi qələbələrin simvoludur. GMA T.50s Niki Lauda modelinin əsasını, keçən ilin avqust ayında nümayiş etdirilən “adi” T.50 kupesi təşkil edir.

Bununla birlikdə, superkarın konsepsiyası dəyişdirilib: Laudanın adını alan hardkor versiyasının ümumi yollara çıxışı olmadığından, Gordon Murray Automotive firmasının mühəndislərinin qarşısında heç bir məhdudiyyət qoyulmayıb.