Əmək haqqı: 500-600 AZN

Tələblər

- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus dili - orta  
 
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)  
 
- Analoji sahədə ən azı 2 il iş təcrübəsi (Tikinti sahəsində işləyənlərə üstünlük veriləcək)

Vəzifələr

- Anbara daxil olan məhsullarının qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
- Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlanmaqla, markalanmanın düzgünlüyünü yoxlamaq
- Məhsulların qəbul edilməsi üçün ərazini və lazım ola biləcək vasitələri hazırlamaq
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malları anbara qəbul etmək
- Qəbul olunmuş məhsullar barədə məlumatları (məhsulun adı, istehsal ili, istehsal ölkəsı, həcmi və s.) 1C məlumat bazasına daxil etmək
- Anbarda məhsulların saxlanmasına cavabdehlik daşımaq və nəzarət etmək
- Mütəmadi olaraq anbarda bütün mal və materiallarının inventarizasiyasını aparmaq
- Sorğu əsasında malların çıxışını təmin etmək
- Anbardan mal çıxışına nəzarət etmək
- Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işləri aparmaq

İş şəraiti

- İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
- Ezamiyyətlərə hazır olmalı
- Yalnız kişi namizədlər

Əlaqələndirici şəxs

Samir Hacıyev 

Xahiş edirik, mövzu hissəsində “Anbardar” yazaraq, öz CV-lərinizi yalnız Azərbaycan dilində olmaqla samir.haciyev@kristalabsheron.az e-poçt ünvanına göndərəsiniz.