Jeep şirkəti gələn il 80-illik yubileyini qeyd edəcəkdir.

Bu əlamətdar tarixi qeyd etmək üçün amerikan istehsalçısı İkinci Dünya Müharibəsinin ən kütləvi ofrouderi olan hərbi Willys MB modelinin adını daşıyan xüsusi versiyadan olan Gladiator Willys pikapını hazırlayıb.

Xüsusi pikap standart Gladiator pikapından xarici cizgilər və bir qədər dəyişdirilmiş avadanlıq siyahısı ilə fərqlənir.