Son illərdə Britaniyanın avtomobil istehsalçıları klassik modellərindən bir neçəsinə ikinci həyatı bəxş ediblər. “Davam ” seriyadan olan avtomobillərin buraxılması ilə Bentley, Aston Martin, Allard və digər istehsalçılar məşğul olublar.

Belə avtomobillər adətən varlı alıcılar arasında olduqca populyardırlar. Bu günlərdə Jaguar şirkəti belə avtomobillərdən birini dirçəltmək qərarına gəlib – söhbət , XK120-C adı ilə tanınan, 1951-ci ildə debüt etmiş C-Type yarış avtomobilindən gedir. Bu model debüt ilində “Le Manın 24 saatı” marafonunda qələbəni bayram edib.