Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. 

Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər. 

Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib. 

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

*** 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Lİmanında qarşılayıb.