Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR xarici ölkələrlə 56,280 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İqtisadiyyat.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10 % çoxdur.

Bu ilin ilk ayıında ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikanın ixracının dəyəri 0,8 % artaraq 37,341 milyon ABŞ dolları, idxalının dəyəri isə 34,2 % artaraq 18,939 milyon ABŞ dolları olub.

Son nəticədə ötən iki ay ərzində xarici ticarətdə 18,402 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 16,47 % azdır.