Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə  2022-ci ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkətinin xətti ilə 178 milyon 307 min manat sığorta haqqı toplanılıb.

Ümumiyyətlə, iki ayda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 38 milyon 936 min manat təşkil edib.