Azərbaycan Mərkəzi Bankı (AMB) “Sizin Sığorta Brokeri” MMC-yə verdiyi lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

Bu barədə İqtisadiyyat.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar aprelin 22-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi verilmiş təqdimatın vaxtında və tam yerinə yetirilmədiyi üçün dayandırılıb.