Hyundai şirkəti, xüsusi olaraq elektrikli nəqliyyat vasitələri üçün hazırlanmış Electric-Global Modular Platform (E-GMP) arxitekturası üzərində qurulmuş ilk modeli olan Ioniq 5 krossoverinin tizerlərini yayımlayıb.

Şirkət elektrokarın fevral ayında debüt edəcəyini təsdiqləyib.