Honda şirkəti HR-V krossoverinin yeni nəslini təqdim edib.

Üstəlik, eyni vaxtda krossoverin Yaponiyada Vezel adı ilə satılan versiyası da debüt edib. HR-V modelinin üçüncü nəsli tamamilə yeni eksteryer və interyer dizaynına, habelə alternativsiz e: HEV hibrid qurğusuna sahib olub.