Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 14 989 ədəd minik avtomobili idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan maşınların ümumi dəyəri 156,1 milyon ABŞ dolları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 065 ədəd və yaxud 16% artırıb.