Səidə Fətullazadə “Günay Sığorta” şirkətinin Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə təyin olunub.

S.Fətullazadə 2017-ci ildən şirkətdə Marketinq və İctimaiyyətlə əlaqələr üzrə direktor kimi çalışırdı.
Qeyd edək ki, Biznesin inkişafı departamentinin tabeliyinə Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsi, Fərdi və Korporativ satış şöbəsi, Telemarketinq şöbəsi və Müştəri xidmətləri şöbəsi aiddir.Fins.az