Ford Expedition ramalı ofrouderinin cari nəsli dörd yaşındadır, lakin daxili bazada əsas rəqibi olan Chevrolet Tahoe modelindən geridə qalır.

Üstəlik, bir neçə ay bundan öncə, Tahoe modeli nəsil dəyişdirib və buna görə də, Ford ilə olan ara məsafəsi yaxın gələcəkdə daha da artacaqdır. Bu səbəbdən də, Ford şirkəti restaylinqi gözləmədən cavab addımını atmağa qərar verib: flaqman ofrouderinin baza qiymətini endirmək üçün, şirkət ofrouderin yeni XL STX versiyasını hazırlayıb.

Ofrouderin başlanğıc qiyməti təxminən üç min dollar ucuzlaşıb: istehsalçı Ford Expedition XL STX modeli üçün 50 min dollar tələb edir. Yeni modifikasiyanın Amerika bazarındakı satışlarına artıq start verilib.