"Taxıl sazişi" ilə bağlı yaranmış vəziyyətə görə İstanbul boğazının girişində yoxlamanı gözləyən taxıl daşıyan gəmilər Boğazda gəmiçilik üçün təhlükə yaradır.  

Bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu deyib.

Bazar ertəsi səhər saatlarına olan məlumata görə, İstanbul boğazı ərazisində 97 yüklü və 15 limana gələn gəmi olub.

Ferudun Sinirlioğlu taxıl təşəbbüsünü uğurlu addım adlandıraraq, davam etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir xəbərdarlıq edib ki, qış yaxınlaşdıqca "taxıl dəhlizi" ilə daşınan ərzaq məhsullarına təcili ehtiyac var.

Ərzaq qiymətlərinin artması ilk növbədə əhalinin ən həssas təbəqələrinə təsir edəcək. Çünki inflyasiya yaşayış minimumunun artmasına gətirib çıxarır.