Son günlər KİV-də və sosial şəbəkələrdə iPhone telefonlarının satış qiymətinin ucuz olduğu ölkələrlə bağlı məlumatlar paylaşılır.

Məlum olduğu kimi artıq günlərdir ki, Türkiyədən qonşu ölkə Gürcüstana iPhone telefonları almaq üçün axın var. Alıcıların sözlərinə görə Gürcüstanla Türkiyə arasında iPhone qiymətlərində iki dəfə fərq qeydə alınıb.

Hazırda iPhone 14, iPhone 14 Pro və iPhone 14 Pro Max modelləri Türkiyədə 30 min TL (4 200 lari) ilə 57 min TL (7 900 lari), Azərbaycanda 3 000 və 5 000 arasında dəyişir. Gürcüstanda isə qiymətlər 30, 40 faiz daha aşağıdır.

“iPhone 14”ün daha sərfəli qiymətə satıldığı ölkələr sırasında İraq, Kanada, ABŞ, Yaponiya da yer alıb. Braziliya və Türkiyə üçün bunu demək mümkün deyil. Çünki, bu ölkələrdə telefon qiymətləri "əl yandırır".