Qəzzada hər 10 uşaqdan 9-u ciddi qida qıtlığı ilə mübarizə aparır və qida çatışmazlığı həyati təhlükə riskini artırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) “Uşaqlarda qida qıtlığı” adlı hesabatını dərc edib.

Hesabatda dünyada 5 yaşından kiçik 181 milyon uşağın ciddi qida çatışmazlığı ilə üzləşdiyi bildirilib. Hesabatda bu uşaqların 65 faizinin 20 ölkədə yaşadığı, ciddi qida çatışmazlığından əziyyət çəkən 64 milyon uşağın Cənubi Asiyada, 59 milyon uşağın isə Saharaaltı Afrikada yaşadığı bildirilib.

Qurum hökumətləri uşaqlarda qida çatışmazlığının qarşısını almaq üçün addımlar atmağa çağırıb.

 

Gözəl Həşimova