Logo

Dövlət qurumlarının xidməti avtomobillərinin sayı bir neçə dəfə artırılıb


Dövlət qurumlarının aparatlarında olan xidməti minik avtomobillərinin sayı 2 dəfə artırılıb.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərarında deyilir.

Beləliklə, müxtəlif dövlət qurumlarının aparatlarında olan xidməti minik avtomobillərinin sayı 3-dən 8-ə çatdırılıb.

Qərara görə, qurumların ərazi və yerli bölmələr üzrə isə 5 avtomobil olması müəyyən edilib. Bundan öncə isə ərazi və yerli bölmələr üzrə xidməti avtomobil olmayıb.

Nazirlər Kabinetinin qərarı mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələrinə aid edilir.

2022-01-13 17:38:00 1395
Teqlər: